17.06.2026

Agentliyin reabilitasiya müəssisələrində “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

“İnsan hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərdə əlilliyi olan şəxslərə qanunvericiliklə təsbit edilmiş hüquq və imtiyazları barədə ətraflı məlumat verilib. Görüşlərdə onların sosial inteqrasiyasının gücləndirilməsi, reabilitasiya və peşə bacarıqlarının inkişaf etdirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

Tədbirlər əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların cəmiyyət həyatında fəal iştirakının təşviqi və inklüziv dəyərlərin təbliği istiqamətində maarifləndirmə məqsədini daşıyıb.