Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində "Keyfiyyət mütəxəssislərinin yetişdirilməsi" layihəsi üzrə təlimlər davam edir.
Layihəsi çərçivəsində reabilitasiya müəssisələrinin əməkdaşları keyfiyyət idarəetmə standartları üzrə təlimlərə cəlb olunub.
Təlim proqramı ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi və ISO 7101:2023 – Səhiyyə Təşkilatlarında Keyfiyyətin İdarəedilməsi Sistemi standartlarının tələbləri, tətbiq mexanizmləri və praktiki aspektlərini əhatə edir. Təlim iştirakçıları reabilitasiya xidmətlərinin göstərilməsi zamanı rast gəlinən real situasiyalar əsasında risklərin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində praktiki təcrübələr əldə ediblər.
Təlimlərin məqsədi əməkdaşların ISO standartları üzrə biliklərinin artırılması, beynəlxalq tələblərin iş proseslərində düzgün tətbiqinin təşviq edilməsi və idarəetmə sistemlərinin effektivliyinin yüksəldilməsidir.