Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında qanvermə aksiyası keçirilib.
27 sentyabr – Anım günü ilə əlaqədar keçirilən qanvermə aksiyası bütün şəhidlərimizin əziz xatirəsinə həsr olunub.
Pansionatın 50-dən çox əməkdaşı qanvermə aksiyasında iştirak edib.
Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının mütəxəssisləri tərəfindən götürülən qan nümunələri irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.