08.11.2021

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında “Şanlı Zəfər tarixi” adlı tədbir keçirilib.

Zəfər Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında “Şanlı Zəfər tarixi” adlı tədbir keçirilib.

Xəzər Rayon İcra Hakimiyyəti, YAP-ın Xəzər rayon təşkilatı və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birgə təşkil etdiyi tədbirdə həmin qurumların nümayəndələri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və Pansionatda müalicə alan əlilliyi olan şəxslər iştirak edib.

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Agentliyin sədr müavini Ramin Rzayev Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər.

R.Rzayev son illərdə müasir tələblərə uyğun qurulan reabilitasiya mərkəzlərində, o cümlədən Şağan Reabilitasiya Pansionatında qazilərə və onların yaxınlarına göstərilən xidmətləri qeyd edib. Postmüharibə dövründə reabilitasiya mərkəzlərində 1650 qaziyə və onların yaxınlarına reabilitasiya və sosial-psixoloji xidmətlər göstərildiyini, 1059 qaziyə 10378 reabilitasiya vasitəsi verildiyini deyib. 158 qazinin isə 166 yüksək texnologiyalı protezlə təmin edildiyini diqqətə çatdırıb.

Həmçinin Şağan Reabilitasiya Pansionatında hazırda 40-dan çox Qarabağ əlilinin müalicəsinin davam etdirildiyi qeyd edilib.

Tədbir tanınmış incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam edib.

#ZəfərGünü #QarabağAzərbaycandır #Şuşa #MüzəffərAliBaşKomandan #Qarabağbizimdir!