Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzində bərpa müalicəsi alan əlilliyi olan şəxslərin sosial reabilitasiyasını, onların cəmiyyətə inteqrasiyasını, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə stolüstü oyunlar üzrə yarış keçirilib. Əlilliyi olan şəxslər arasında şahmat, stolüstü tennis, domino və nərd oyunlarının yarışı təşkil olunub. Qaliblər fəxri fərman və mükafatlarla təltif olunub.