Dünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib.
17 Aprel - Dünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib. Agentliyin 25-dən çox əməkdaşı qanvermə aksiyasında iştirak edib.Milli Hematologiya və Transfuziologiya Mərkəzinin mütəxəssisləri tərəfindən götürülən qan nümunələri talassemiya, hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.