9 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan şəxsləri 76,3 min ədəd reabilitasiya vasitəsi ilə təmin edib.
Onlardan 4,6 mini təkərli oturacaq (o cümlədən 153-ü mühərrikli təkərli oturacaq), 1,7 mini aşağı və yuxarı ətraf protezi, 1,8 mini eşitmə aparatı, 2 mini qoltuqaltı və dirsəkaltı ağac, 131-i korset olub. Həmin şəxslərə 2,7 min cüt protez ayaqqabı, 4,7 min cüt ortopedik ayaqqabı və s. reabilitasiya vasitələri də təqdim olunub.
Bu ilin 9 ayında ümumilikdə 9,6 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.