Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzi tərəfindən Od çərşənbəsi münasibətilə əlilliyi olan şəxslər üçün “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil olunub.
İştirakçılara Atəşgah məbədinin tarixi və əhəmiyyəti barədə məlumat verilib. Əlilliyi olan şəxslər Atəşgah ətrafında Novruz adət-ənənələrini yaşadıb, bayrama xas əyləncəli oyunlarda iştirak ediblər.
Bu cür tədbirlər əlilliyi olan şəxslərə xoş bayram ovqatı bəxş etməklə yanaşı, onların sosial fəallığına töhfə verir.