24.02.2026

Əlilliyi olan şəxslər üçün “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzi tərəfindən Su çərşənbəsi münasibətilə əlilliyi olan şəxslər üçün “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya təşkil olunub.
İştirakçılara Yanardağın tarixi barədə məlumat verilib. Əlilliyi olan şəxslər Yanardağ ətrafında birlikdə musiqi ifaları edib, Novruz ənənələrini yaşadıblar. 
Bu cür tədbirlər əlilliyi olan şəxslərə xoş bayram ovqatı bəxş etməklə yanaşı, onların sosial fəallığına töhfə verir.