24.09.2024

Əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib

                                                                                                            8 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar- avqust  aylarında əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib.
Onlardan  4,6  mini  təkərli oturacaq (o cümlədən 150-si mühərrikli təkərli oturacaq), 1599-u aşağı və yuxarı ətraf protezi, habelə 1663-ü eşitmə aparatı, 1855-i qoltuqaltı və dirsəkaltı ağac olub. 
Həmçinin əlilliyi olan şəxslərə 2455 cüt protez, 4175 ortopedik ayaqqabı, 92 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Bu ilin 8 ayı ərzində ümumilikdə 9,1 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.