18.01.2026

Əlilliyi olan şəxslərin Zəfər Muzeyinə səfəri təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzi tərəfindən əlilliyi olan şəxslərin Zəfər Muzeyinə səfəri təşkil edilib.

Muzeydə əlilliyi olan şəxslərə Vətən müharibəsində qazanılmış tarixi qələbəni əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. Səfər zamanı iştirakçılar həm tarixi biliklərini artırmaq, həm də muzeydə yaradılan interaktiv imkanlardan yararlanmaq fürsəti əldə ediblər. Tədbir inklüzivliyin təşviqi və sosial inteqrasiyanın gücləndirilməsi məqsədini daşıyıb.