Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Ümumdünya Psixi Sağlamlıq günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Sosial-psixoloji dəstək layihəsinin həyata keçirilməsində fərqlənən Agentliyin reabilitasiya müəssisələrində çalışan psixoloqlara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, postmüharibə dövründə VətənMüharibəsi iştirakçıları üçün başlanılan Sosial-psixoloji dəstək layihəsi çərçivəsində 1500-dən çox müharibə veteranı, onların ailə üzvləri və şəhid ailəsi üzvlərinə psixolojidəstək göstərilib.
Ümumilikdə layihə çərçivəsində 12500 saatdan çox seans keçirilib. Psixoloji seanslar əyani və onlayn, fərdi və qrup şəkildə keçirilir, vətəndaşlar üçün maarifləndirci seminarlar təşkil olunur.
Layihədə iştirak edən psixoloqlar mütəmadi şəkildə müvafiq təlimlərə cəlb olunurlar.