07.10.2022

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları üçün onlayn “Fizioterapiyaya giriş” adlı təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları üçün onlayn “Fizioterapiyaya giriş” adlı təlim keçirilib.

Fizioterapiya mütəxəssisi Beyza Hündür tərəfindən keçirilən təlimə Agentliyin reabilitasiya müəssisələrinin tibbi heyəti və müalicəvi bədən tərbiyəsi təlimatçıları cəlb olunub.

Xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə Türkiyənin Reabilitasiya və Fizioterapiya üzrə Xəstəxanalar Şəbəkəsi olan “Romatem” şirkəti əməkdaşlıq çərçivəsində bir qrup mütəxəssis Agentliyin reabilitasiya mərkəzlərində fəaliyyətə başlayıb.

Cəlb olunan mütəxəssislər reabilitasiya sahəsində ixtisaslaşmış kadrların yetişdirilməsi, bu sahədə tətbiq olunan modern yanaşmalara dair məlumat və təcrübə mübadilələrinin həyata keçirilməsi məqsədilə mütəmadi təlimlər həyata keçirir.