Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Gəncə şəhərində vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşların əlilliyinin qiymətləndirilməsi və reabilitasiya xidmətləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub.
Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar onlara əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib.