28.10.2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində “Reabilitasiya işinin təşkili və əlilliyi olan şəxslərin reabilitasiyasına modern yanaşmalar” mövzusunda təlim keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində “Reabilitasiya işinin təşkili və əlilliyi olan şəxslərin reabilitasiyasına modern yanaşmalar” mövzusunda təlim keçirilib. Türkiyənin Reabilitasiya və Fizioterapiya üzrə Xəstəxanalar Şəbəkəsi olan “Romatem” şirkətinin baş fizioterapevti Turqay Şahin tərəfindən keçirilən təlimə reabilitasiya mərkəzlərinin tibbi heyəti və müalicəvi bədən tərbiyəsi təlimatçıları cəlb olunub. Xatırladaq ki, bu günlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “Romatem” şirkəti arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Sənəddə reabilitasiya xidmətlərinin effektiv və səmərəli təşkili, bu sahədə kadr potensialının bilik və peşəkarlıq səviyyələrinin artırılması sahəsində əməkdaşlıq, reabilitasiya sahəsində tətbiq olunan modern yanaşmalara dair məlumat və təcrübə mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulub.