Vətən müharibəsində yaralanmış və müalicə müddəti bitmiş hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinələr aparılıb.
Bu dəfəki müayinədə Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli də iştirak edib. QHT sədri komissiyaların iş prosesini, əyani müayinələrin keçirilmə qaydalarını müşahidə edib.
Əyani müayinələrin hər birinin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin bu müayinələrdə iştirakı təmin edilir. Əyani müayinələrin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması və əlilliyin qiymətləndirilməsi ilə bağlı dürüst və obyektiv qərarların qəbul edilməsidir.