Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “İdman tibbi və reabilitasiya” ixtisası üzrə magistratura proqramının direktoru, idman tibbi və reabilitasiya sahəsi üzrə ekspert Maykl Pol Luzmor və Akademiyanın Elm və Tədris İşləri üzrə prorektoru Təhminə Tağızadə ilə görüşüb.
Proqramın direktoru London Kollec Universitetinin və İdman, Fiziki Fəaliyyət və Sağlamlıq İnstitutunun İdman və fiziki fəaliyyət tibbi üzrə professoru, Avropanın İdman tibbi üzrə təhsil standartının müəllifi, Böyük Britaniya Milli Olimpiya Komandasının baş tibbi direktorudur.
Görüş çərçivəsində reabilitasiya sahəsi üzrə beynəlxalq protokolların tətbiqi, beynəlxalq ekspertlər tərəfindən Agentliyin Reabilitasiya Mərkəzlərinin əməkdaşlarına təlimlərin keçirilməsi, təcrübə mübadiləsi kimi məsələlər müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə arasında əməkdaşlığın inkişafına dair imzalanan Memoranduma əsasən, idman tibbi və reabilitasiyası sahəsində birgə layihələr həyata keçirilir.
Akademik, elmi tədbir və təlimlər, konfrans, seminar, simpozium və mühazirələrin təşkili olunması planlaşdırılır. Bundan başqa, Akademiyanın tələbələri üçün Agentliyin reabilitasiya müəssisələrində təcrübə və təlimlərin keçirilməsi də nəzərdə tutulur.