29.06.2026

Lerik rayonunda vətəndaş qəbulu keçiriləcək

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev 10 iyul 2026-cı il tarixində 📍Lerik rayonunda vətəndaşları qəbul edəcək.

▶️ Əlilliyin qiymətləndirilməsi, tibbi-sosial ekspertiza, reabilitasiya və qurumun fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciətiniz varsa, 7 iyul tarixinədək ☎️"142" Çağrı mərkəzinə zəng edə, 📧dtsera@sosial.gov.az elektron poçt ünvanına yaza, eləcə də DTSERA-nın sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.