Ötən müddət ərzində təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzləri tərəfindən Vətən müharibəsinin 11 min iştirakçısına reabilitasiya və sosial-psixoloji dəstək göstərilib.
Bunu nazir Sahil Babayev mediaya müsahibəsində bildirib.
Nazir qeyd edib ki, əzalarını itirmiş qəhrəmanlarımızın 200-nə ən müasir 4-cü nəsil elektron tam funksional protezlər qoyulub. Ötən dövr ərzində 21 min reabilitasiya vasitəsi müharibə əlillərinə təqdim olunub.