19.05.2026

Növbəti “Açıq qapı” günü 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzində keçirilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzində “Açıq qapı” günü keçirilib.
Tədbirdə QHT nümayəndələri, dövlət və bələdiyyə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri, eləcə də orta məktəb şagirdləri iştirak ediblər.

Tədbir iştirakçıları Mərkəzdə əlilliyi olan uşaqlara göstərilən xidmətlər, onların sosial inteqrasiyası, inklüziv mühitin dəstəklənməsi üçün yaradılan şəraitlə tanış olublar.

Maraqlı keçən görüşdə iştirakçıların sualları cavablandırılıb.