10.05.2025

Özəl tibb müəssisələrindən birində əlilliyi olan şəxslərin ödənişsiz tibbi müayinəsi təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Sumqayıt şəhərindəki özəl tibb müəssisələrindən birində bir qrup əlilliyi olan şəxsin ödənişsiz tibbi müayinəsini təşkil edib.

Onların sırasında müharibə ilə əlaqədar əlilliyi olan şəxslər də olub.

Əlilliyi olan şəxslərin sağlamlığının qorunması məqsədi daşıyan aksiyada bu kateqoriyaya aid şəxslərin kardioloji, audometriya, göz, laborator, mammoqrafiya kimi müayinələri aparılıb, onlara səhhətləri ilə bağlı individual mütəxəssis tövsiyələri verilib.