15.11.2022

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Ağdaş rayonunda vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Ağdaş rayonunda vətəndaşları qəbul edib.

Qəbul zamanı vətəndaşların əlilliyin qiymətləndirilməsi, gücləndirilməsi, mənzil, avtomobil təminatı, dövlət hesabına müalicə və əməliyyat məsələləri üzrə müraciətlər dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb.

Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar qanunvericilik çərçivəsində ətraflı izahat verilib.