Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Zərdab rayonunda vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşların əlilliyin qiymətləndirilməsi, gücləndirilməsi, işlə təmin edilmə, ÜDSY və birdəfəlik maddi yardımla bağlı müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb.
Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar qanunvericilik çərçivəsində ətraflı izahat verilib.