27.12.2022

Türkiyə ilə sosial təminat sahəsində təcrübə mübadiləsi aparılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti sosial sığorta və pensiya təminatı, tibbi-sosial reabilitasiya sahələri üzrə Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə qardaş ölkənin Sosial Güvənlik Qurumunda (SGK) olub.

SGK-ın sədr müavini İsmail Ertüzla görüşdə həmin qurumun təşkilati strukturu və ölkədəki sosial təminat sistemi ilə bağlı məlumatlar verilib, Türkiyədə son illər sosial təminat, həssas qrupların sosial reabilitasiyası sahəsində aparılan islahatlara dair təqdimat edilib.

Həmçinin görüşdə Nazirliyin nümayəndə heyəti Azərbaycanın sosial təminat  və reabilitasiya sistemindən bəhs edib. Son illər ölkəmizdə aparılan sosial islahatlar və qarşıda duran hədəflərə dair məlumatlar verilib, təcrübə mübadilələri aparılıb.