Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bölgələrdəki əlilliyi olan şəxslərə reabilitasiya vasitələrini yaşadıqları yerlərə apararaq təqdim edir.
Agentlik bu dəfə Xaçmaz rayonunda yaşayan bir qrup əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələrini ünvanlarına apararaq təqdim edib.
Onlara ümumilikdə 20 reabilitasiya vasitəsi, o cümlədən bir qisminə təkərli oturacaqlar verilib.