18.04.2023

Rusiyanın nüfuzlu “ Super Motorika” şirkətinin nümayəndələri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində olublar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Rusiyanın protez istehsalı üzrə ixtisaslaşmış “Super Motorika” şirkətinin əməkdaşları və Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi ilə görüş olub. 

Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov ölkəmizdə #əlillik və #reabilitasiya sahəsində aparılan islahatlar, əzalarını itirmiş şəxslərin müasir texnologiyalı #protezlərlə təminatı barədə qonaqlara məlumat verib. 

Görüşdə gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.

Daha sonra nümayəndə heyəti Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin (POİRM) fəaliyyəti ilə tanış olublar. Rusiyalı mütəxəssislər mərkəzin fəaliyyətini yüksək qiymətləndirib. 

Qeyd edək ki, Rusiyanın beynəlxalq nüfuza malik “Motorika” şirkəti yuxarı ətraf protezlərinin istehsalı üzrə ixtisaslaşıb. Şirkət, xüsusilə uşaq protezlərinin istehsalı sahəsində bir sıra yeniliklərə nail olub