Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Bir əsrlik nəfəs” adlı yoqafestivalı keçirilib.
Sumqayıt Reabilitasiya Mərkəzinin təşkil etdiyi, Sumqayıt bulvarında keçirilən festivalda əlilliyi olan şəxslərlə yanaşı, müharibə veteranları, şəhid ailəsi üzvləri, diplomatik korpusun nümayəndələri, millət vəkilləri və tanınmış şəxslər iştirak edib.
Festival çərçivəsində iştirakçılara yoqanın əsasları təlimi keçirilib və sertifikatlar təqdim edilib.
Yoqa ilə müntəzəm məşğul olmaq emosional fonu yaxşılaşdırır, ürək-damar və tənəffüs sisteminə müsbət təsir göstərir. Bu baxımdan Agentlik tərəfindən alternativ reabilitasiya metodu kimi yoqa təlimlərindən istifadə edilir.