18.05.2023

Bu ilin 4 ayında əlilliyi olan 20,1 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-aprel aylarında əlilliyi olan 20,1 min şəxsə  reabilitasiya xidmətləri göstərilib.

 Onların mühüm bir hissəsini müharibə ilə əlaqədar əlilliyi olan şəxslər təşkil edib.

 Müasir reabilitasiya şəraitinin yaradıldığı mərkəzlərdə əlilliyi olan şəxslər səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərlə də təmin olunublar.

 Bu dövr ərzində əlilliyi olan 4499 şəxs 26219 reabilitasiya vasitəsi ilə təmin edilib.