12.09.2023

Şağan Reabilitasiya Pansionatında əlilliyi olan şəxslər arasında yarışma keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında əlilliyi olan şəxslər arasında voleybol və dama oyunları üzrə yarışlar keçirilib.
Yarışların keçirilməsinə məqsəd Pansionatda bərpa müalicəsi alan əlilliyi olan şəxslərin sosial reabilitasiyasını, onların cəmiyyətə inteqrasiyasını, asudə vaxtlarının səmərəli təşkilidir. 
Yarışların yekununda qaliblər fəxri fərman və medallarla təltif olunub.