Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Kürdəmir rayonunda Kürdəmir, Ucar və Zərdab sakinlərini qəbul edib.
Qəbul zamanı vətəndaşların əlilliyinin qiymətləndirilməsi, əlilliyin gücləndirilməsi, dövlət hesabına müalicə və əməliyyat, yaşa görə əmək pensiyası ilə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub.
Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib.