09.10.2023

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşlarına sertifikatlar təqdim olunub

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3 əməkdaşı Türkiyənin paytaxtı Ankara şəhərində təşkil edilən kurslarında iştirak ediblər.

Türkiyənin ultrasonoqrafiya və doppler müayinəsi sahəsində tanınmış mütəxəssis olan Prof. Dr. Mustafa Seçil tərəfindən keçirilən kurslarda qazanılan bilik və bacarıqlar əlilliyin qiymətləndirilməsi prosesinin, eləcə də, reabilitasiya sahəsində xidmət keyfiyyətinin artırılmasına şərait yaradacaq.

Agentlik tərəfindən həyata keçirilən əlilliyi olan şəxslərin instrumental diaqnostik müayinələri arasında ən çox tələbat məhz doppler müayinəsinədir. Müvafiq sahədə kadr potensialının artırılması və təkmilləşdirilməsi məqsədini daşıyan kursun sonunda Agentlik əməkdaşları sertifikatlarla təltif ediliblər.