Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin birgə təşkilatçılığı ilə 8 Noyabr “Zəfər günü” münasibətilə “Könüllü bələdçi” adlı qatar turu təşkil edilib.
Bakı-Sumqayıt qatarı ilə təşkil edilən turun məqsədi əlilliyi olan şəxslərin ictimai nəqliyyatdan istifadə məhdudiyyətlərinin aradan qaldırılması, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsidir.
Qatar turunda Agentliyin tabeliyindəki Sumqayıt Reabilitasiya Mərkəzində bərpa xidmətlərinə cəlb edilmiş əlilliyi olan şəxslər, o cümlədən, Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri iştirak ediblər.
“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən əlilliyi olan şəxslərə, şəhid və Vətən müharibəsi iştirakçılarının övladlarına hədiyyələr təqdim edilib.