11.11.2023

Agentliyin əməkdaşları üçün “Uşaq və yeniyetmələrdə cinsi tərbiyə” mövzusunda təlim keçirilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları üçün yerli və beynəlxalq mütəxəssislər tərəfindən “Uşaq və yeniyetmələrdə cinsi tərbiyə” adlı təlim keçirilib.

Təlimdə erkən və məktəbəqədər yaş dövründə cinsi tərbiyənin mahiyyəti və əhəmiyyəti, erkən yaşda uşaqların cinsi davranışının özəllikləri, yeniyetməlik dövründə cinsi inkişafın xüsusiyyətləri, uşaq və yeniyetmələrdə cinsi gigiyena vərdişləri aşılanması kimi mövzulara toxunulub.

Təlimin sonunda Agentlik əməkdaşlarına sertifikatlar təqdim edilib.