02.02.2024

Sumqayıt Reabilitasiya Mərkəzi “Düşüncədən ünsiyyətə” adlı layihəyə başlayıb

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzi tərəfindən “Düşüncədən ünsiyyətə” adlı yeni layihəyə start verilib.

Layihənin əsas məqsədi inkluzivlik, bərabərlik meyarlarının artırılması, əlilliyi olan şəxslərlə münasibətin erkən yaşlarda formalaşması, sosial qayğıya ehtiyacı olan insanlara daha həssas davranışın yaranmasıdır. 

Layihə çərçivəsində ümumtəhsil müəssisələrində yeniyetmə və gənclər arasında icma əsaslı sosial-psixoloji reabilitasiya tədbirləri həyata keçirilir.  

Artıq Sumqayıt şəhəri və Saray qəsəbəsində iki məktəbdə mərkəzin psixoloqları, yoqa və müalicəvi bədən tərbiyəsi üzrə təlimatçılardan, həmçinin əlilliyi olan şəxslərdən ibarət komanda ilə görüş baş tutub. 

Psixoloqların keçirdiyi qrup terapiyasında şagirdlərin imtahanqabağı stresslə mübarizəsi, özgüvən hissinin artırılması, həyəcan-təşviş pozuntusunun aradan qaldırılması, idrak proseslərinin inkişafı mövzularında da təlim keçirilib