13.03.2024

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Lerik rayonunda vətəndaşları qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Lerik rayonunda vətəndaşları qəbul edib.

Lerik rayonunda keçirilən qəbulda Lerik və Lənkəran rayon sakinləri iştirak edib.

Qəbul zamanı vətəndaşların əlilliyinin qiymətləndirilməsi, gücləndirilməsi və işlə təmin edilmə ilə bağlı müraciətləri dinlənilib.

Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub.

Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib.