20.03.2024

Şağan Reabilitasiya Pansionatında Novruz bayramı qeyd olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında Novruz bayramı ilə əlaqədar tədbir keçirilib.

Müəssisədə müalicə kursu keçən əlilliyi olan şəxslər, müəssisənin əməkdaşları ilə birlikdə bayram süfrəsi bəzəyib, bayram atributlarını hazırlayıblar. Hazırlanan əl işləri arasında "ən yaxşı bayram süfrəsi", “ən yaxşı boyanmış yumurta” və s. nominasiyaları üzrə qaliblər müəyyənləşdirilib.

Tədbir tanınmış incəsənət nümayəndələri və Maştağa Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında konsert proqramı ilə davam edib.