Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib.
17 Aprel - Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası təşkil olunub. Agentliyin 50-ə yaxın əməkdaşı qanvermə aksiyasında iştirak edib.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin mütəxəssisləri tərəfindən götürülən qan nümunələri talassemiya, hemofiliya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.