Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatı tərəfindən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə təşkil edilən ekskursiyada müəssisədə müalicə kursu keçən əlilliyi olan şəxslər, o cümlədən bir qrup Vətən müharibəsi veteranı iştirak edib.
Səfər iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar.