17.05.2024

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Sumqayıt şəhərində ictimai dinləmə keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən növbəti ictimai dinləmə keçirilib.

"Əlilliyin elektron qiymətləndirilməsi barədə məlumatlandırma, yaranan problemlər və reabilitasiya infrastrukturu” mövzusuna həsr olunan ictimai dinləmə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təşkil olunub.

Görüşdə dövlət və bələdiyyə orqanlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, təhsil və səhiyyə işçiləri, mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər.

Tədbir iştirakçılarına Agentliyin fəaliyyət istiqamətləri, əlilliyin qiymətləndirilməsi proseduru, son illərdə aparılan islahatlar, o cümlədən əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.

İştirakçıların əlillik meyarları, əlilliyin yenidən qiymətləndirilməsi, eləcə də reabilitasiya müəssisələrində bərpa müalicə kursu keçməklə bağlı sualları cavablandırılıb.