20.05.2024

Reabilitasiya müəssisələrində ağacəkmə aksiyaları keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində ağacəkmə aksiyaları keçirilib.  

Agentliyin Naftalan, Şəki, Şirvan, Lənkəran, Qəbələ və Şəmkir şəhərlərində yerləşən reabilitasiya müəssisələrində keçirilən aksiyalarda Mərkəz əməkdaşları ilə yanaşı, müəssisələrdə müalicə kursu keçən Vətən müharibəsi ilə əlaqədər əlilliyi olan şəxslər iştirak ediblər. 

Ağacəkmə aksiyasının məqsədi ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpası və artırılmasına töhfə verməkdir.