29.05.2024

“Qobustan Milli Tarix-Bədii Qoruğu”nda “Daşların sehri” adlı sosial-psixoloji reabilitasiya tədbiri həyata keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzi və “Qobustan Milli Tarix-Bədii Qoruğu” nun birgə təşkilatçılığı ilə “Daşların sehri” adlı sosial-psixoloji reabilitasiya tədbiri həyata keçirib. 

“Qobustan Milli Tarix-Bədii Qoruğu”nda təşkil edilən tədbirdə Mərkəzin psixoloqları, müalicəvi bədən tərbiyəsi və yoqa təlimatçıları, əlilliyi olan şəxslər iştirak edib. Tədbir çərçivəsində Sumqayıt Dövlət Rəsm Qalereyasının rəssamları və Mərkəzin psixoloqları ilə birgə əlilliyi olan şəxslər üçün sənət terapiyası üzrə master-klass təşkil olunub. 

Həmçinin, onlar  üçün yoqa və dancability təlimləri də keçirilib.