30.05.2024

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş inklüziv sərgi təşkil olunub

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Bakı şəhəri 31 nömrəli orta məktəbin təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş inklüziv sərgi keçirilib. 

Sərgidə həm məktəb şagirdlərinin, həm də Agentliyin reabilitasiya müəssisələrində bərpa müalicəsi kursu keçən əlilliyi olan uşaqların əl işləri nümayiş olunub.

Sərginin təşkilində məqsəd əlilliyi olan uşaqların potensiallarının stimullaşdırılması və onların cəmiyyətə inteqrasiyasının, o cümlədən inklüziv mühitin dəstəklənməsidir.