05.06.2024

1 saylı Uşaq Reabilitasiya Mərkəzində sosial tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sosial tədbir keçirilib.

“Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən əyləndirici və maarifləndirici tədbir 2 gün davam edib.  Tədbirin ilk günü uşaqlar üçün "Nağıl saatı" və incəsənət terapiyası təşkil edilib. Növbəti gün isə animatorların iştirakı ilə əyləncəli proqram və uşaq tamaşası təqdim olunub.

Tədbir çərçivəsində əlilliyi olan uşaqların hüquqları, inkişaf və baxımı ilə bağlı valideynlər üçün maarifləndirici təlimlər də təşkil olunub.