11.06.2024

Naxçıvan MR-in tibbi-sosial ekspertiza xidməti və səhiyyə işçiləri üçün təlimlər keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyaları və muxtar respublikanın Səhiyyə Nazirliyinin nümayəndələri üçün “Əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi” ilə bağlı təlimlər təşkil olunub.

Təlimlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin və Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələri tərəfindən keçirilib. 

3-8 iyun tarixlərində keçirilən  təlimlərdə əlillik sahəsində qanunvericilik bazası, bu sahədə islahatlar, əlilliyin praktiki qiymətləndirilməsi, əlillik sahələri üzrə elektronlaşma və s. mövzularda məlumatlar verilib, fikir mübadiləsi aparılıb.