11.06.2024

DTSERA-nın nümayəndə heyəti Çexiyada səfərdə olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) nümayəndə heyəti Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşları ilə birgə Çexiyada səfərdə olub, həmin ölkənin  nüfuzlu Çarlz Universitetini ziyarət ediblər. 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunan səfər çərçivəsində nümayəndə heyəti Universitetin nəzdindəki Reabilitasiya Mərkəzinin fəaliyyəti, burada göstərilən xidmətlərlə tanış olub. 

Burada fizioterapiya və reabilitasiya sahəsində tətbiq edilən metodlar öyrənilib, təcrübə mübadiləsi aparılıb.

Keçirilən görüşlər zamanı  DTSERA ilə Çarlz Universiteti arasında gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadilələri aparılıb.