13.06.2024

Əlilliyi olan şəxslər üçün Yoqa festivalı davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya Mərkəzlərində bərpa müalicə kursu keçən əlilliyi olan şəxslər üçün Yoqa festivalı davam edir. 


Hindistanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən budəfəki festival “Şirvanşahlar Sarayında” baş tutub. Festivala ümumilikdə, 150-ə yaxın əlilliyi olan şəxs qatılıb.


Festival çərçivəsində iştirakçılar yoqa məşqləri ilə yanaşı, tarixi abidə ilə tanış olublar.