17.06.2024

Əlilliyi olan şəxslər üçün Çay fabrikinə ekskursiya təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Lənkəran Reabilitasiya Mərkəzində müalicə kursu keçən əlilliyi olan şəxslər üçün çay fabrikinə ekskursiya təşkil edilib.

Lənkəran Reabilitasiya Mərkəzində müalicə alan əlilliyi olan şəxslərə çay fabrikinin əməkdaşları tərəfindən çayın necə emal olunması, Azərbaycanda hansı növ çayların istehsal olunduğu haqqında ətraflı məlumat verilib.

 Həmçinin, onlar Azərbaycanda yeganə olan Milli Çay muzeyi ilə də tanış olublar.