05.08.2024

Sumqayıt Reabilitasiya Mərkəzində “Ruhun səsi” adlı tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzində keçirilən tədbirdə musiqi terapiyası, harmoniya və səs müalicəsi tətbiq edilib.

Səs terapiyası mütəxəssisi, musiqiçi İlhamə Babayevanın iştirakı ilə keçirilən terapiyada Mərkəzdə reabilitasiya kursu keçən 20-ə yaxın əlilliyi olan şəxs, o cümlədən Mərkəzin əməkdaşları iştirak edib. Ümumilikdə indiyədək 90-a yaxın əlilliyi olan şəxs səs terapiyasına cəlb edilib.

Səs terapiyası musiqi alətləri və səslərdən istifadə etməklə əlilliyi olan şəxslərin sosial-psixoloji vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə təşkil edilib.