03.08.2024

Əlilliyi olan şəxslər üçün ebru sənəti üzrə master-klas keçirilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin təşkilatçılığı və Suraxanı İcra Hakimiyyətinin dəstəyi ilə ebru sənəti üzrə master-klas keçirilib.

Tədbirdə 20-yə yaxın əlilliyi olan şəxs, o cümlədən müharibə veteranları və şəhid ailəsi üzvləri iştirak ediblər.

Qeyd edək ki, ebru sənətindən terapiya növü kimi də istifadə edilir. Belə ki, hiss və düşüncələrin rənglərlə və naxışlarla ifadə olunduğu bu sənət növü əlilliyi olan şəxslərin emosional vəziyyətinin stabilləşməsinə, əhvali-ruhiyyəsinin yüksəldilməsinə və təxəyyülün inkişafına müsbət təsir edir. Serebral iflic, sinir sistemi xəstəlikləri, şəxsiyyət pozuntuları və s. olan şəxslərin sosial-psixoloji reabilitasiyasında istifadə edilir.