07.08.2024

Əlilliyi olan uşaqların Bakı Zooloji Parkına ekskursiyası təşkil edilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı və Bakı Zooloji Parkının dəstəyi ilə 18 yaşınadək əlilliyi olan şəxslərin Zooloji Parka ekskursiyası təşkil edilib.


Ekskursiyada Agentliyin 1 və 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzlərində bərpa müalicə kursu keçən 20-ə yaxın uşaq iştirak edib. Tədbir uşaqların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, sosial mühitin formalaşması məqsədilə keçirilib.


Heyvanlarla ünsiyyət uşaqların emosional vəziyyətinin stabilləşməsinə, əhvali-ruhiyyəsinin yüksəldilməsinə müsbət təsir edir. Həmçinin heyvanların xüsusiyyətləri və mühafizəsi haqqında biliklərin təkmilləşdirilməsi, uşaqların ətraf-mühitə qarşı marağının artmasına təkan verir. 


Qeyd edək ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində uşaqların Bakı Zooloji Parkına ekskursiyalarının mütəmadi təşkil edilməsi nəzərdə tutulub.